SİFARİŞ ET XİDMƏTİNİN RAZILAŞMA QAYDALARI.
• “Velocity” MMC göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına görə məsuliyyət daşımır. Mağaza tərəfindən yanlış və ya yararsız göndərilən sifarişlərin geri qaytarılmasında müştərilərimizə köməklik göstərə bilməyimiz üçün "Xarici anbardan geri qaytarma" xidmətimiz mövcuddur. Xidmətlər və qiymətləri ilə saytımızda müfaviq bölmədə tanış ola bilərsiniz.
• Sifarişlə bağlı məlumat almaq üçün "Sifariş et" xidmətimizlə olan sifariş təsdiqləndiyi tarixdən etibarən 1 ay ərzində sorğu yaradılmalıdır. Daha sonra yaradılan sorğular etibarsız sayılaraq araşdırılmayacaqdır.
“Velocity” MMC qəbul olunmuş sifarişləri növbəlilik əsasında həyata keçirir və həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirilməsinə zəmanət verir.
Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən sifariş müddəti uzana bilər. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) İstifadəçinin məhsul üçün ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır.
Qeyd* Komissiya haqqı geri qaytarılmır.
"Sifariş et" xidmətindən istifadə zamanı "Ödənildi" statusunda olan sifarişlərdə hər hansı bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.
• İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 3-14 iş günü ərzində geri qaytarılır.
Sifariş verərkən məhsulun və Türkiyə daxili karqonun ödənişi tam edilməlidir.
“Velocity” MMC qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə “Velocity” MMC məsuliyyət daşımır. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbara çatdırılırsa, hər bağlama üçün çatdırılma haqqı ayrılıqda hesablanır.
Türkiyə saytlarından alış-veriş edərkən tərkibində maye olan məhsulları digər məhsullardan ayrı formada satın almağınızı tövsiyə edirik. Bu məhsulları xarici saytlarda ayrı səbətlərdə aldığınız zaman bu sifarişlər xarici anbara da ayrı bağlamalarda daxil olur. Xatırladaq ki, beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır.
"Sifariş et" xidməti ilə sifariş zamanı maye məhsullar və adi məhsullar əməkdaşlarımız tərəfindən ayrı-ayrı səbətlərdə təsdiqlənir.
Sifariş edilmiş bağlama daşıyıcının anbarlarına daxil olduqda bu barədə sifarişçiyə email vasitəsilə məlumat veriləcək. Müştəri bağlamanı ofisimizdən götürə bilər və ya yaxud kuryer xidməti ilə ünvanına sifariş edə bilər.