Türkiyədən alış-veriş - markaların yeni kolleksiyaları (LC Waikiki, Defacto, Mavi)

06.10.2021

Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları (LC Waikiki, Defacto, Mavi)

Oktabr ayı - Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları (LC Waikiki, Defacto, Mavi)

Türkiyədən Sifariş və Çatdırılma

Havaların soyumağa başlaması ilə hər kəs qarderobunu yeni məhsullar əlavə etmək barədə düşünür. Xüsusiylə də son təqdim edilən kolleksiyalardan sonra bu arzulara qarşı çıxmaq olduqca çətindir. Bir çox məşhur markaların bu sezon kolleksiyaları yenə çox zövqlü və oxşayacı idi. Bəzi markalarda isə bu kolleksiyalar çox tez-tez yeniləndiyindən izləmək ümükün olmurdu. Zara və H&M kimi mağazalarda bəyəndiyiniz məhsulun sabaha stokta qalıb qalmayacağı böyük bir sual işarəsi altındadır. Bu səbəbdən sabahı düşünmədən bir başa alış-verişə !!!

    Əlbəttə alış-verişin sərfəli üsulu isə Velocity karqo ilə Türkiyədən sifarişdir. Belə ki, Türkiyədən sifariş zamanı həm məhsul qiymətlərinin daha sərfəli olması həm də Velocity karqo olaraq müştərilərimiz üçün həyata keçirmiş olduğumuz endirim kampaniyaları ilə Türkiyədən sifariş olduqca rahat və sərfəli hal almaqdadır. Belə ki, sifariş həyata keçirmək üçün istəyiniz yoxdursa Velocity karqonun “sifariş et” xidməti ilə Türkiyənin onlayn mağazalarından rahat sifarişin həzzini yaşaya bilərsiniz. İndi isə keçək markaların payız qış kolleksiyalarına. 

LC Waikiki payız kolleksiyası 

LC Waikiki-nin payız kolleksiyasına diqqət yetirdikdən daha çox qəhvəyi və ağ tonlarından istifadə edildiyini görə bilərik. Qəhvəyi rəngin müxtəlif tonları ağ rənglə diqqətə layiq vəhdəd təşkil etməkdədir. Payız kolleksiyasına diqqətlə nəzər yetirdikdə toxunma üst geyimlərinin və ağ şalvarların əksəiyyət təşkil etdiyini görə bilirik. Ağ rəngin və qəhviyi tonların yanında digər bir diqqət çəkən ton isə mavi əsasəndə açıq mavidir. Belə ki bu bu 3 rəng tonu demək olaraq ki bu kolleksiyanın əsas müəyyən edici çalarlarını təşkil edir.

Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları

 

Zara payız-qış kolleksiyası

Zara-nın bütün dünyadaki inkişafı olduğu kimi davam etməkdədir.Bu inkişafın əsas səbəblərindən biri isə kolleksiyalarını olduqca sürətli yeniləmələridir. Zara ay ərzində bir neçə dəfə kolleksiya dəyişməkdədir və hər biri olduqca gözəl və dəbli kolleksiyalar olmaqdadır. Qısa şəkildə ifadə etsək belə deyə bilərik ki, Zara-da bir məhsul xoşunuza gəldisə sabahı gözləməyin sabaha o məhsul orada olmaya bilər. Qeyd edək ki, Zara müştərilərimiz üçün xüsusi maraqlı olan markalardandır çünki yerli bazardaki qiymətlərlə müqayisədə Türkiyədən sifariş etmək olduqça sərfəli bir hal almışdır. Bu səbəbdən türkiyədən Zara sifarişi və çatdırılmasına böyük maraq vardır. Zara-nın sonuncu qış kolleksiyasına baxdıqda dark mode-a keçdiklərini görə bilirik. Əsasən klassik Zara modelləri və tünd qəhvəyi və qara rənglərinin ağırlıq təşkil etdiyi bir kolleksiya qarşımıza çıxır. Bu kolleksiya uzun paltolar , geniş şalvarlar və sərt ayaqqabılarla yaddışımızda qalacaq bir kolleksiyadır.

Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları

H&M payız-qış modelləri

Ən çox sevilən və Türkiyədən sifarişlərdə çoxluq təşkil edən markalardan olan H&M bu mövsümdə mükəmməl kolleksiyaları ilə göz oxşamışdır. H&M son kolleksiyasında qəhvəyi tonları və açıq mavini rənginə tez-tez rast gələ bilirik. Xüsusiylə də üst geyimlərində qəhvəyi tonların çoxluq təşkil etdiyini deyə bilərik. Əsasən oversize geyimlərin əksəiyyət təşkil etdiyi kolleksiyada rahat geyimlərin konfortunu hiss etmək mümkündür. Geniş paçalı şalvarlar və oversize üst geyimləri H&M payız-qış kolleksiyasının əsas xətlərini təşkil edib.

Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları

Defacto payız-qış kolleksiyası

DeFacto-nun payız qış kolleksiyasını həqiqətən uğurlu saya bilərik. Kolleksiya bütün brendlər kimi qəhvəyi rəngin çalarlarından olduqca peşəkar şəkildə yararlanmışdır. Uzun trençkotlar, qısa incə montlar və bleyzer kurtkalar bu kolleksiyanın ən diqqət çəkən parçaları olmuşdur. Xüsusiylədə blayzer kurtkaların modern və estetik görüntüyə sahib olması kolleksiyaya xüsusi çəkicilik qatır. Kolleksiyada yer alan bleyzer kurtkalar damalı naxışlarla bəzədilmişdir. Əsasən qəhvəyi tonları,  tünd mavi və boz rənglərdən faydalanılmışdır.  Defacto-nun bu kolleksiyasından istədiyiniz məhsulları bizi vasitəmizlə Türkiyədən sifariş edə bilərsiniz. Türkiyədən sifariş zamanı çətinlik yaşayırsınızsa Velocity karqonun sifariş et xidmətindən istifadə edə bilərsiniz. Bu xidmət hazırda 0% komissiya ilə həyata keçirilir. DeFactodan sifariş Velocity ilə olduqca rahat və sərfəli olacaqdır.

Türkiyədən alış-veriş  - markaların yeni kolleksiyaları
Bütün yeniliklər