27.09.2021
Trendyol-dan Azərbyacana sifariş zamanı diqqət edilməli nüanslar - “Trendyol dedi biz təhvil vermişik”
Trendyol Azerbaycan online sifariş | Trendyol.com qapıya çatdırılma | Trendyol sifariş qaydası Trendyol Azerbaycan | Trendyol sifaris | Turkiyeden sifaris | Trendyol catdirilma | Turkiyeden catdirilma | Trendyol sifaris etmek | Turkiye saytlari sifaris | Trendyol endirim | Kargo sirketi | Turkiyeden sifaris kargo | Trendyol endirim | Trendyoldan sifaris | Trendyoldan catdirilma | Trendyoldan Azerbaycana sifaris | Trendyoldan Azerbaycana catdirilma
Son vaxtlarda xaricdən sifarişlərə artan maraq bəzi çətinlikləri də özü ilə birgə gətirməkdədir. Zaman-zaman müştərilər elə çətinliklərlə qarşılaşırlar ki, bunların həlli olduqca mürəkkəb olur. Bu blogda sizə xaricdən onlayn alış-veriş zamanı qarşılaca biləcəyiniz çətinliklər və onların həlli barədə məlumatlar təqdim olunacaqdır.
Türkiyədən sifarişlərin əksəriyyəti Trendyol.com saytı vasitəsiyə olduğu üçün bu yazımızda daha çox Trendyol vasitəsiylə sifarişlərdə yaşana biləcək çətinliklərdən danışacağıq. İlk olaraq Trendyol-un necə işlədiyinə nəzər yetirək.
Trendyol.com hazırda Türkiyənin ən dəyərli markasıdır. 2010-cü ildə Demet Mutlu tərəfinfən yaradılan bu marka daha sonra böyük investisyalar alaraq daha da böyümüşdür. Hazırda Trendyol.com saytının 85%-i Alibaba Grup-a məxsusdur. Trendyol Alibaba-nın investisyalarından sonra daha da böyüyərək Türkiyənin ən dəyərli markası halına gəlmişdir. Trendyol-dan Azərbaycana sifarişlər zamanı isə çox zaman düşünülən şey sistemin bu dərəcə mükəmməl işləməsinə səbəb olan xüsusiyyətlərdir. Əlbəttə bu proseslərin heç biri təsadüfi deyil. Trendyol xüsusi markaları olan Trendyol Milla və Trendyol Man ilə yanaşı kuryer çatdırmaları üçün istifadə etdiyi Trendyol Express və texniki işləri gerçəkləşdirən Trendyol Tech ilə birlikdə öz dillərində desək böyük bir texnologiya şirkətidir. Trendyol-un bu dərəcədə güçlü infrasturukta sahib olması da milyonlarla əməliyyatın olduğun anlarda belə sistemin öz qaydasında işləməsinin əsasını təşkil edir.
Trendyol.com Türkiyənin ən böyük onlayn bazarıdır desək səhv etmərik. Hazırda Trendyol platforması tərkibində 100-lərlə satıcı və böyük markaların mağazaları yer almaqdadır. Son zamanlar da isə Trendyol daxilində böyük markalarla yanaşı kiçik və orta bizneslərin daha çox yer alması üçün çalışır. İndiyə kimi sistem daxilində Trendyol-un (bazarın sahibi) və satıcıların (mağazaların) olduğunu gördük. Əksər zamanlarda müştərilər bu fərqliliyi tam anlaya bilmir və hər hansı çətinlik yarandıqda kiminlə əlaqədə olmalı olduğunu müəyyən edə bilmir. Onlayn sifarişin digər tərəfi isə kuryer şirkətləridir. Bunlar isə satıcı mağazalardan məhsulu qəbul edib müştəriyə çatdırılma prosesini həyata keçirirlər. Müştəri bağlamasını bu şirkətlərin internet saytında özlərinə verilmiş izləmə kodu ilə izləyə bilərlər. Trendyol-da da bu xidmət həm Trendyol express həm də digər karqo firmaları tərfindən təmin edilir və kuryer qiyməti məhsulun qiymətinə əlavə olaraq hesablanır. Trendyol-da məhsul seçib səbətinizə əlavə etdikdə qiymət dəyişikliyi müşayət edirsinizsə bu kuryerin yəni Türkiyə daxili karqo-nun ödəməsidir. Xaricdən sifariş zamanı növbəti iştirakçı isə yerli karqo şirkətləridir. Yəni Trendyol-dan Azərbaycana sifarişinizi Türkiyədən Azərbaycana daşınmasını həyata keçirən şirkət. Türkiyə daxili karqo tərəfindən bağlamalar yerli karqo şirkətlərinin ünvanına çatdırılır ki, onlar da öz növbəsində bağlama Azərbaycana çatdırılmasını həyata keçirirlər. Beləliklə Türkiyədən xüsusiylə də Trendyol-dan Azərbaycana sifariş zaman 4 iştirakçıdan , Trendyol.com, satıcı mağaza, Türkiyə daxili karqo şirkəti və yerli karqo şirkətlərindən ibarətdir. İndi isə keçək əsas məsələyə. Sifariş edən zamanı yaranan problemlərin kimdən hansı iştirakçıdan qaynaqlandığına baxa bilərik:
Trendyol vasitəsiylə sifariş həyata keçirən zaman bəzi hallarda Türkiyə daxili kuryer şirkətləri bağlama anbara çatdırılmasa belə məhsulun təhvil verilmişdir kimi göstərə bilirlər. Bu zaman isə müştəri bağlamasının harda olduğu ilə bağlı niagaran qala bilir. Bu kimi halların yaşanma səbəbi isə Türkiyə daxilində işləyən kuryer şirkətlərinin əməkdaşlarına müəyyən saat limiti qoymaları və o saatlarda məhsulu çatıdırlmalı olduğunu qeyd etmələləridir. Bu kimi hallarda karqo şirkəti ilə əlaqə yaradıb bağlamanın qəbul edən şəxs haqqında məlumat və ıslak imzası tələb oluna bilər. Bundan sonrada çatdırılma reallaşmazsa Trendyola bu barədə müraciət etmək lazım olacaqdır. Yenə də bu hal tez-tez yaşanan bir vəziyyət deyildir.
Ən çox yaşanan problemlərdən biri isə satıcı mağazanın məhsulun ölçüsünü rəngini vəya bir başa özünü səhv göndərməsidir. Bu zaman isə məhsulun qəbulu Azəərbaycana göndərişi və iadəsi kimi proseslər çox zaman aldığı üçün məhsulun da iadə müddəti dola bilər. Eyni zamanda Azərbaycandan Türkiyəyə də göndərişlər tez-tez həyata keçirilmir hazırda. Bu çətinliyin qarşısını almaq üçün isə Türkiyə anbarında yoxlanış xidmətindən istifadə etməyinizi məsləhət görürük. Beləliklə də məhsul əgər səhv ölçüdə rəngdə vəya özü birbaşa səhv göndərilibsə Azərbaycana gətirilmədən satıcıya təslim edilib dəyişdirilə bilər ki, müştərilər də bununla özlərini gözlənilməz surpirizlərdən sığortalamış ola bilərlər.
Bəzi hallarda məhsullar düzgün paketlənmədiyi üçün zədələnə və qırıla bilər. Bəs məhsulların zədələnmədən çatdırılması üçün nələr edilə bilər? Sifariş etdiyiniz məhsul qırıla bilən məhsuldursa satıcı mağazaya mütləq məhsulun düzgün şəkildə paketlənməli olduğunu və içərisinə qoruyucuların qoyulmasını bildirməlisiniz. Eyni zaman da xarici anbarda bağlamanın invoysla yoxlama xidmətini seçməyinizdə riskinizi minimuma endirəcəkdir. Bağlama satıcı mağaza tərəfindən əgər zədəli göndərilibsə bu halda elə xarici anbardan bağlamanız ödənişsiz şəkildə iadə edilir. Beləliklə də qeydləri nəzərə alaraq Türkiyədən və Trendyol-dan etibarlı şəkildə sifarişlərinizi qəbul edə bilərsiniz.