25.05.2021
Anbarlarımıza daxil olan bütün bağlamalar ödənişsiz olaraq sığortalanır. Həssas məhsullar olan bağlamaların ödənişsiz sığortalanma qaydalarını nəzərinizə çatdırırıq. Beynəlxalq yük daşınma qaydalarına əsasən qablaşdırılmış, lazımı qoruyucu vasitələrlə əhatə olunmuş (hava yastıqları, penoplastlar olan, fiziki zədə olmayan) və qutu üzərinə məhsulun daşınma qaydaları barədə xüsusi işarələr (məsələn, “fragile”) əlavə olunmuş bütün həssas məhsulları ödənişsiz olaraq sığortalayırıq.