16.10.2021
Morhipodan Azərbaycana Sifariş və Çatdırılma
Mohipodan sifariş | Mohipodan çatdırılma | Mohipo Azərbaycan |Mohipo Bakı | Mohipo online sifariş | Mohipo Türkiyədən sifariş |Mohipo sifaris | Mohipo Turkiyeden sifaris | Mohipo Turkiyeden catdirilma | Mohipo Azərbaycana sifariş | Mohipo Gəncə | Mohipo Baki |Mohipo geyim
Türkiyədən sifariş zamanı ən çox maraq görən e-ticarət platformlarından biri Morhipo.com-dur. Bu e-ticarət platformu daxilində bir çox məşhur geyim markasının məhsullarını və öz markalarının məhsullarının satışını həyata keçirməkdədir. Trendyolun daha çox öz markalarına və kiçik və orta markalara daha çox yer verməsi, bir çox tanınmış markanın bu platforma fokslanmasına şərait yaratmışdı. Bəs Morhipodan Azərbaycana necə sifariş edə bilərsiniz, Morhipo haqqında nələr bilirik? Bu sualların cavabını tapmaq üçün blogumuzu sona qədər oxumağınızı tövsiyyə edirik.
Morhipo, Boyner Holding tərəfindən qurulan bir e-ticarət markasıdır. Geyim mağazası olmaqla yanaşı, Morhipo ev əşyaları və kosmetika da satışı həyata keçirməkdədir. 2015 -ci ildə veb saytında, People by Factory, Agenda, D by Divarese adlı öz xüsusi markalarını istifadəçilərə təqdim etmişdi.
2014-cü ildə təxminən 117 faiz böyüyən Morhipo.com, İnternet Pərakəndəcisi Europe500 tərəfindən tərtib edilən siyahıda yer aldı və Avropanın ən sürətli böyüyən e-ticarət şirkətlərini saytı olaraq seçildi.
Morhipo'nun mobil tətbiqi, 2015 və 2016 Rəqəmsal Yaş və Mobil Pazarlama Dərnəyi (MMA) Türkiyə İlin Motivasyonel Mobil Tətbiqləri araşdırmasında moda kateqoriyasında birinci yeri qazandı.
Morhiponun belə sürətli inkişafı əlbəttə ki, onun düzgün və dəqiq şəkildə həyata keçirilmiş iş planlamasından asılıdır. Belə ki, Boyner Holdingə məxsus platforma müştəri məmnuniyyətinə verdiyi dəyər və öz işlərinə olan hörmət ilə qabağa çıxa bilmişdilər. Hər zaman keyfiyyətli iş ilə müştərilərini məmnun etməyi planlaşdıran platforma məhsulların dəqiq vaxtında çatdırılmasına xüsusi önəm verir. Bu nüans isə Azərbaycandan olan istifadəçilərin Morhipodan sifariş etməyə üstünlük vermələrinə səbəb olur. Belə ki, Morhipo İstanbul daxili çatdırılmaların 24 saat ərzində , İstanbul xarici çatdırılmaların isə 48 saat ərzində həyata keçirildiyini bildirir.
Morhipo müştərilərinə eyni zamanda qənaəət etməyə də imkan verir. Bunun üçün onlar saytdan sifariş zamanı markadan asılı olmayaraq tək səbət konsepsiyası yaratmışdılar. Belə ki bu konsepsiya daxilində markalardan asılı olmayaraq siz məhsulları səbətinizə əlavə etdikdə sadəcə bir bağlama şəklində məhsullarınız göndərilir. Bununla da Türkiyə daxili karqoya bir neçə məhsul üçün ayrıca ödəniş etməyinizə ehtiyac qalmır.
Yuxarıda da qeyd etdiyimiz kimi Morhipo müştəri məmnuniyyətinə önəm verir və bunu real olaraq öz tətbiqləri ilə göstərir. Belə ki, sifariş zamanı məhsulda hər hansısa problem olduqda vəya raz qalmadığınızda 15 gün ərzində məhsulu geri qaytara bilərsiniz. Morhipo bu məsələdəd ə öz müştərilərini məmnun etməyi bacarır və iadə zamanı karqo ödənişini (Türkiyə daxili karqo) özü qarşılayır.
Velocity karqo ilə Morhipodan sifarişlər indi daha rahat və sərfəlidir. Velocity karqo sifarişlərinizi Türkiyədən birbaşa ünvanınıza gətirir. Bakı daxili kuryer çatdırılması pulsuz həyata keçirilir. Morhipodan sifarişlər isə 2 üsülla həyata keçirlə bilər. Bunlar Velocity karqo vasitəsiylə “Sifariş et” xidmətindən yararlanmaq, digəri isə öz kartınızla sifarişdir.
“Sifariş et” xidməti ilə sifariş üçün isə ilk olaraq Velocity.az saytında qeydiyyatdan keçirsiniz. Daha sonra Morhipo-dan almaq istədiyiniz məhsulun linkini kopyalayıb Velocity.az saytında sifariş et xanasına yerləşdirib, məhsulun sayı rəngi ölçüsü kimi məlumatları da saytda qeyd etdikdən sonra Velocity saytında sifariş balansınızı artırıb, ödəməni həyata keçirib, sifarişi tamamlayırsınız.
İkinci sifariş üsulu isə “öz kartınızla” sifarişdir. Bunun üçün Morhipo-nun web saytından qeydiyyatdan keçib istədiyiniz məhsulu səbəbtinizə əlavə edirsiniz. Daha sonra səbəti onaylaya klik edirsiniz. Səbəti onayladıqda məhsulların çatdırılacaq ünvan məlumatlarını doldurmalısınız. Bu zaman Velocity hesabınıza daxil olub, xaricdəki ünvanlarım bölməsindən Türkiyə seçib, açılan pəncərədə qeyd edilən ünvanı kopyalayıb, Morhipo-da müvafiq xanaları doldurursunuz və ödəniş edib sifarişi tamamlayırsınız. Beləliklə də bağlamalarınız bizim Türkiyədəki anbarımıza təhvil verilir ki, biz də bu bağlamaları sizlərə çatdırırıq.