04.10.2021
H&M-dən 2021-ci il üçün dəbli payız-qış kolleksiyası - H&M-dən Azərbaycana Çatdırılma
H&M sifaris | H&M-dən catdirilma | H&M geyimleri online sifarisle | H&M endirimleri | H&M online sifarisle | H&M-dən Azerbaycana catdirilma | H&M Azerbaycan | H&M sifaris baki | H&M geyimleri sifarisle | H&M paltarlari sifarisle
H&M hər zaman olduğu kimi yenə mükəmməl bir geyim kolleksiyasını müştərilərinə təqdim edib.Belə ki,H&M sevənlərinə “şəhərdən uzaq, təbiət yaşantısına estetik baxış” mottolu kolleksiya ilə modanın eyni zamanda rahatlıq və funksionallıqla birləşə biləcəyini nümayiş etdirir. Qeyd edək ki, Velocity karqo ilə H&M Türkiyədən-dən sifariş olduqca rahat və sərfəlidir. Velocity karqo Türkiyədən sifarişlərin 3-5 iş günü ərzində Bakı ofisində olmasını təmin edir və modanı sizə yaxınlaşdırır. İndi isə keçək H&M-in təqdim etdiyi 2021 payız-qış kolleksiyasına.
H&M 2021 -ci ilin Payız/Qış kolleksiyasını paylaşmaqdan qürur duyur. H&M payız kolleksiyası Gorpcore dərzilik tərzinə uyğun hazırlamışdır və müasir müştərilərə atletizm, funksionallıq və texnologiya kimi toxnuşları təqdim edir.Bu kolleksiya eyni zamanda gələcəyə doğru müsbət bir yeni addım ola bilər. Belə ki, bu kolleksiyanın böyük əksəriyyəti ekoloji cəhətdən təmiz ətraf mühitin formalaşmasına kömək edən daha davamlı mənbələrdən olan materiallardan hazırlanmışdır. Üzvi və təkrar emal edilmiş parçalar olan ECOVERO ™ ilə işləyən H&M, klassik şəhər açıq havasının estetikasına müasir bir tərz gətirən çox yönlü geyimlər yaratdı. Torpaq rəngli yaşıl tonların seçimi praktiklik hissinə təbii bir təravət bəxş edir, narıncı və qara rənglərin ziddiyyətli çalarları şəhər həssaslığına bir işarətdir.
Bu kolleksiyanın tanıtım kampaniyası simaları Precious Mustapha və Lily Newmarkdır. H & M -in Payız/Qış 2021 Kolleksiyası mağazalarda və H&M -in internet saytında 28 sentyabrdan etibarən satışda olacaq.
2021 Payız/Qış kolleksiyası həm praktik, həm də dəblidir. Məsələn, təkrar emal edilmiş poliamid parçadan hazırlanan su keçirməyən anorak lazımlı bir çantaya qatlana bilər və ya təkrar emal edilmiş polyester tulumlar və yuvarlaq boyunlu önlüklər hər hansı bir əşya ilə üst üstə yığılır. Qara və narıncı taytlar, 100% təkrar istehsal edilmiş polyesterlə doldurulmuş şilet və böyük başlıqlı sviter kimi digər məqamlar 90-cı illərin müasir, lakin rahat küçə tərzini təcəssüm etdirir. Diz boyu botlar, çılpaq Chelsea model botlar və neytral rəngli beysbol papaqları, açıq hava estetikasını davam etdirir. Dizaynlar müasir materialları sayəsində tənzimlənir və digər parçalarla dəstəkləyir.
“Bu kolleksiyanın dilemmasını sevirəm. Trendə yönəlmiş müştərilərimizə açıq hava geyim məhsullarının funksionallığını çatdırmaq istədik. Maraqlı nostaljik istinadların yanında cəsarət və yenilik hissi var. " deyir H&M Qadın Geyimlərinin Dizayn Direktoru Maria Östblom.
H&M-dən sifariş etmək hər zaman asan olmaya bilər. H&M Türkiyə bəzi hallarda yalnız Türkiyə kartlarını qəbul edir və Azərbaycandakı istehlakçıların sifariş etməsi mümkün olmur. Bu zaman isə Velocity karqo köməyinizə çatır. Belə ki, “sifariş et ” xidmətimiz ilə əldə etmək istədiyiniz məhsulların linkini bizə göndərə bilərsiniz biz də qısa zaman ərzində sifarişlərinizi icra edə bilərik. Eyni zaman da xatırladaq ki, bu xidmət bir çox karqoda 5% komissiya ilə həyata keçirilsə də Velocity karqo olaraq bu xidmət üçün komssiya alınmır.
İlk olaraq Velocity.az saytında qeydiyyatdan keçirsiniz. Daha sonra almaq istədiyiniz məhsulların linklərini saytımızdaki “sifariş et” hissəsinə əlavə edirsiniz və məhsulun sayı, rəngi, ölçüsü varsa Türkiyə daxili karqo məbləği kimi məlumatları düzgün bir şəkildə qeyd edib ödəmə mərhələsinə keçirsiniz. Bu zaman qeyd edilən məbləği sifariş balansınıza artırırsınız və daha səbətim bölməsinə daxil olub məhsulları seçib ödənişi tamamlaya klik edirsiniz. Beləliklə də sifarişiniz tamamlanmış olur.