Velocity müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.
İSTİFADƏÇİ QAYDALARI
1.Əsas anlayışlar
Hazırkı şərtlər Velocity -nin müxtəlif ölkələrdə yerləşdiyi anbarlarına çatdırılana qədər onlar arasında olan münasibətləri tənzimləyir.
İstənilən sifarişçi tərəfindən internet üzərindən alış zamanı daxil olan və sifarişçiyə çatdırılana qədər onlar arasında olan münasibətləri tənzimləyir.
1.1. Sifarişçi - www.velocity.az saytında qeydiyyatdan keçmiş və Velocity -nin göstərdiyi xidmətlərdən istifadə edən istənilən fiziki şəxs.
1.2. Daşıyıcı - Velocity.
1.3. Şəxsi kabinet - istənilən fiziki şəxs www.velocity.az saytında qeydiyyatdan keçdiyi zaman ona təqdim olunan fərdi hesab nömrəsi.
1.4. Şəxsi məlumatlar - istənilən fiziki şəxsin www.velocity.az saytında qeydiyyatdan keçdiyi zaman göstərdiyi və şəxsən ona aid olan məlumatlar (ad, soyad, ünvan, e-poçt, və s.).
1.5. Qadağan edilmiş yüklər - Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan edilmiş və yaxud məhdudlaşdırılmış yüklər.
1.6. Daşınma - sifarişçi tərəfindən internet üzərindən alış zamanı daşıyıcının anbarına daxil olan yüklərin sonuncu tərəfindən sifarişçiyə çatdırılmasına dair bütün prosedurlar nəzərdə tutulur.
1.7. Digər xidmətlər - daşınmadan əlavə yüklərin sifarişçiyə çatdırılmasına dair,lakin bununla məhdudlaşmayan yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s. Sifarişçi qəbul edir və razılaşır ki, Velocity yüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərlə müraciət edə və subkontrakt müqavilələr imzalaya bilər.
2. Şərtlərin qəbul edilməsi
2.1. Sifarişçi internet üzərindən alış zamanı yüklərin çatdırılması üçün Velocity -yə həmin yüklərin daşınması üçün təqdim (bilavasitə müxtəlif ölkələrdə yerləşən anbarlara özü və yaxud ticarət ) etdiyi andan hazırkı şərtləri tam anlayır, tanış olur və qəbul edir. Hazırkı şərtlər qeyd olunan yüklərin Velocity -yə daşınma üçün təqdim olunan andan çatdırılmasına qədər olan bütün digər prosedurları (yüklərin saxlanması, çeşidlənməsi, yenidən qablaşdırılması və s) əhatə edir və tənzimləyir.
3. Məxvilik, tərəflərin vəzifələri və hüquqları
Tərəflər aşağıda qeyd olunan öhdəlikləri anlayır, qəbul edir və icrasını təmin edir:
Sifarişçi öz şəxsi məlumatlarının daşıyıcı tərəfindən yığılması, saxlanılması, istifadə edilməsi və ötürülməsinə dair razılığı Velocity -yə verir.
Sifarişçinin heç bir kart məlumatları daşıyıcının ( www.velocity.az) saytında saxlanılmır.
Aşağıda qeyd olunan hallarda sifarişçinin daşıyıcıya ödədiyi vəsaitin geri qaytarılması müddəti daşıyıcının bank hesabının olduğu bankın (PASHA Bank ,KAPİTAL Bank) qaydalarına uyğun olaraq həyata keçirilir:
Yalnışlıqla artıq məbləğ sifarişçi tərəfindən daşıyıcının hesabına köçrüldüyü zaman;
İki dəfə təkrarən eyni məbləğ sifarişçi tərəfindən daşıyıcının hesabına köçürüldüyü zaman.
Sifarişçinin daşıyıcıya yalnışlıqla ödədiyi vəsaitin geri qaytarılması müddəti
daşıyıcının bank hesabının olduğu bankın (PASHA Bank ,KAPİTAL Bank) qaydalarına uyğun olaraq həyata keçirilir: Yalnışlıqla artıq məbləğ daşıyıcının hesabına köçrüldüyü zaman və ya iki dəfə təkrarə eyni məbləğ köçürüldüyü zaman müştərinin istəyi ilə məbləğ sifarişçinin hesabına geri qaytarılır.
Sifarişçi daşınma üçün göndərilən yük barədə məlumatların (çəki, əşyaların sayı və s.) tam, düzgün və faktiki olaraq göstərilməsini, yükün üzərinə etiketin düzgün və qaydalara müvafiq vurulmasını təmin edir. Yüklər barədə hər hansı məlumatın göstərilməməsi və ya səhv göstərilməsi nəticəsində daşıyıcı yük barədə heç bir məsuliyyət daşımır.
Sifarişçi ünvanı (poçt indeksi və s.) tam, düzgün göstərir və yükü müşahidə edən sənədlərin üzərində oxunmaya yararlı vəziyyətdə olmasını təmin edir.
Sifarişçi daşınma üçün Velocity -yə təqdim etdiyi yüklərin düzgün və daşınma zamanı yarana bilən risklərdən kifayət dərəcədə qoruyan qaydada qablaşdırılmasını təmin edir.
Sifarişçinin daşınma üçün təqdim etdiyi yüklər Azərbaycan Respublikasının qanunvericiliyi ilə ölkə ərazisinə idxalı qadağan olunmayıb və yaxud məhdudlaşdırılmayıb.
Sifarişçi internet üzərindən alış zamanı müvafiq ölkənin qanunvericiliyinin tələblərini pozmayır və buna görə özü məsuliyyət daşıyır. Sifarişçi yükü müşahidə edən bütün sənədlərin tam və düzgün olaraq doldurulmasını təmin edir.
Sifarişçi velocity.az saytında vaxtaşırı yerləşdirilən yeniliklər və dəyişiklikləri izləyir. Bu cür yenilik və dəyişikliklərin sifarişçi tərəfindən izlənilməməsi və yaxud öhdəliklərin icrasından boyun qaçırılması məqsədilə istifadəsi əsassız sayılır.
Sifarişçi Velocity -ninyüklərin daşınması və çatdırılmasına dair xidmətlərin göstərilməsi üçün üçüncü şəxslərə müraciət etməsinə və bununla əlaqədar subkontrakt müqavilələrin imzalaya bilməsinə razıdır. Sifarişçi internet üzərindən alış zamanı çatdırılma ünvanını ( Velocity -nin müvafiq ölkədə anbar ünvanı) və personal məlumatlarını tam və düzgün göstərməlidir. Sifarişçi tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya personal məlumatlar səhv və yaxud yalnış təqdim edilərsə və bu da nəticə etibarı ilə yüklərin çatdırılmasında problem yaradarsa və yaxud çatdırmanı ümumiyyətlə mümkünsüz etdiy halda Velocity heç bir məsuliyyət daşımır.
Sifarişçi www.velocity.az saytında ona ayrılmış öz şəxsi hesabı vasitəsilə yükün anbara daxil olmasını izləyir. Sifarişçi öz tərəfindən müvafiq ölkənin qanunvericiliyinin tələblərinin pozulması nəticəsində daşıyıcıya qarşı tətbiq oluna biləcək/olunan istənilən cərimə və məsuliyyətə görə yaranan bütün xərcləri ödəməyi qəbul edir və bunu öz öhdəsinə götürür.
Sifarişçi yüklərin daşınması ilə əlaqədar olaraq yüklər barədə səhv və yaxud yalnış məlumatların göstərildiyi təqdirdə və bunun nəticəsində yaranan cərimələrə, sanksiyalara və s. görə özü tam və hərtərəfli məsuliyyət daşıdığını anlayır və qəbul edir.
Sifarişçi Azərbaycan Respublikasının ərazisinə idxalı qadağan olan və yaxud məhdudlaşdırılan mallara görə məsuliyyət daşıyır. Belə yüklərin ölkə ərazisinə idxalına görə daşıyıcıya qarşı tətbiq olunan cərimə, sanksiya və s. tutumlara görə sifarişçi məsuliyyət daşıdığını anlayır və onların ödənilməsini öz öhdəsinə götürür.
Sifarişçi öz mülahizələri əsasında yüklərin daşınmasına görə yaranan hər hansı bir anlaşılmazlıq və mübahisələrə görə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilər.
Daşıyıcının müvafiq ölkədə anbarına daxil olan zədələnmiş yük/yüklər və yaxud yük/yüklərin hissələrində zədələnmə faktı olduğu halda və bu barədə məlumat daşıyıcıya yükün/yüklərin təhvil verildiyi an bildirilmədiyi halda daşıyıcı heç bir məsuliyyət daşımır.
Daşıyıcı yükün keyfiyyəti və yararlığına görə heç bir məsuliyyət daşımır. Daşıyıcı yükün zədələnməsi faktının araşdırılması hüququnu özündə saxlayır.
Daşıyıcı xarici anbarlarına çatdırılan elekton avadanlıqların(televizor, kompyuter, printer, stasionar telefon və s.) ilkin qablaşdırılmasına müdaxilə etmədən Azərbaycana daşınmasını həyata keçirir (texniki və fiziki çəhətdən işlək vəziyyətdə olub olmaması yoxlanılmır). Daşıyıcı bağlamaların xarici anbarlardan geri və ya digər ünvana göndərilməsini ödənişli əsaslarla həyata keçirir(Qiymət 1(bir) bağlama üçün nəzərdə tutulub):
Türkiyədən: Sifarişçinin istəyi ilə - 4USD;
Bağlamanın geri qaytarılması ilə əlaqədar əlavə kuryer xərcləri sifarişçi tərəfindən qarşılanır. Daşıyıcı daşıma və çatdırılma məqsədilə üçüncü şəxslərə müraciət etdiyi halda və yaxud onlarla subkontrakt bağladığı halda sonuncuların fəaliyyətində yaranan dayanmalar və gecikmələrə görə sifarişçinin qarşısında heç bir məsuliyyət daşımır. Daşıyıcı sifarişçi tərəfindən öhdəliklərin tam və yaxud qismən icra edilmədiyi halda ona xidmət göstərməyi müvəqqəti və yaxud tam dayandıra bilər. Daşıyıcı daşıma ilə əlaqədar yaranan sifarişçinin bütün suallarını mümkün əlaqə vasitələri ilə (e-mail, telefon, sayt üzərindən və s.) cavablandırmağa borcludur.
Daşıyıcı sifarişçi tərəfindən təqdim olunmuş səhv və yaxud yalnış məlumata görə sonuncuya dəymiş ziyana görə heç bir məsuliyyət daşımır.
Daşıyıcı hazırkı şərtlərə, tariflərə, xidmətlərin göstərilməsi şərtlərinə birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır və bununla əlaqadar olaraq sifarişçi daimi olaraq www.velocity.az - da yerləşdirilən yenilikləri izləməlidir.
Daşıyıcı sifarişçinin ona təqdim etdiyi şəxsi məlumatları yüklərin daşınma və çatdırılması məqsədləri üçün istifadə hallarından başqa heç bir halda üçüncü şəxslərə yaymır və ötürmür. Daşıyıcı onun müvafiq ölkədəki yerləşən anbarına sifarişçinin yükünün üçüncü şirkətlər (kuryer, nəqliyyat, poçt və s.) tərəfindən çatdırılmasına, çatdırılma sürəti və vaxtına görə heç bir məsuliyyət və cavabdehlik daşımır. Daşıyıcının rəsmi veb səhifəsində qeyd olunmuş çatdırılma vaxtları təqribidir və daşıyıcını bu vaxtlara tamamilə riayət etməyə məcbur etmir. Daşıyıcı,yüklərin çatdırılmasında 3-cü tərəflərlə əməkdaşlıq etdikdə (aviaşirkət, poçt xidmətləri və.s) yaranan gecikmələr və dayanmalara görə heç bir məsuliyyət daşımır.
4. Daşıma haqqı, şərtləri və ödəniş
4.1. Sifarişçinin yüklərinin daşıyıcının müxtəlif ölkələrdəki anbarından Azərbaycan Respublikasına və regionlara (müvafiq regiona çatdırılma mümkün olduğu halda) çatdırılma haqqı www.velocity.az saytında yerləşdirilib.
Yükün çatdırılma haqqı sifarişçinin şəxsi kabineti vasitəsilə onlayn və ya ofisdə, posterminal vasitəsi ilə və ya nəğd şəkildə ödənilə bilər. Daşıyıcı sifarişçinin kart məlumatlarını saytında toplamır və üçüncü şəxslərə ötürmür.
4.2. İATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) dərc etdiyi TACT Rules (Yük Hava Daşıma Təlimatı) qaydalarına əsasən çoxluğundan asılı olaraq daşıma haqqının hesablanması üçün əsas kimi yükün həcm ölçüləri və yaxud faktiki çəkisi götürülür.
4.3. Sifarişçi, daşıyıcının internet səhifəsində (velocity.az “daşınılmasına icazə yoxdur”) qeyd olunan daşınması qadağan edilmiş əşyaların siyahısı ilə tanış olmalıdır.
4.4. Sifarişçinin sifarişləri, satıcı (və ya satıcılar) tərəfindən ayrı-ayrı bağlamalarda (fərqli track/izləmə/ nömrələrlə) fərqli və ya eyni tarixdə anbara göndərilərsə, bağlamalar orijinal track/izləmə/ nömrələri ilə, ayrı- ayrılıqda daşınmaya qəbul olunur və emal edilir.
4.5. Sifarişçi hazırkı şərtləri qəbul etmək velocity.az saytında dərc olunmuş aşağıdakı hesablama vasitələri (online kalkulyatorlar) ilə tanış olduğunu və tam anladığını (riyazi ölçm ə, parametrlərin konvertasiyası, həcmin ölçülməsi və s) təsdiq edir:
Qiymət və çatdırılmanın hesablanması kalkulyatoru;
Çəki və həcm formulası;
Ölçü konvertoru;
Ölçülər cədvəli;
Müştəri sifariş et xidmətindən istifadə etdikdə sifariş bizim tərəfimizən icra olunarsa hər hansi bir səbəbdən (satici tərəfindən təmin edilmədikdə)iptal (ləğv)edildikdə müştəriyə yalniz mehsulun ödənişi qaytarilir ödənilən 3.5 faiz komissiya haqqi qaytarilmir.Sifariş icra olunmadigi tədqirdə ( satici odənişi qebul etmədikdə, saytda hər hansi prablem yarandiqda)bu zaman ödəniş tam olaraq 3.5 faiz ilə müştəri hesabina qaytarilir.Qeyd sifariş olunan sifariş icra edildikdən sonra imtina (ləğv)edilə bilməz.
4.6. Hazırkı şərtlərin 4.5-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə və hazırkı şərtlərlə qeydiyyat zamanı tanış olan və onları qəbul edən sifarişçinin, sonradan daşıma haqqı, şərtləri, ödəniş və s., digər sözlərlə yükün ona çatdırılması ilə əlaqədar daşıyıcının hazırkı şərtlərə tam riayət etdiyi təqdirdə sifarişçinin ona qarşı olan hər hansı bir tələbi əsassız sayılır. Məsələn, daşıma haqqının həcm və yaxud faktiki çəki üzrə hesablanması qaydası ilə tanış olma sifarişçinin sonradan yaranan tələbi əsassızdır və qəbul edilmir.
4.7. Daşıyıcı daşınma haqqı, şərtlər və ödəniş qaydalarına istənilən an dəyişikliklərin edilməsi hüququnu özündə saxlayır. Bu dəyişikliklər qəbul edilən andan dərhal sonra daşıyıcının rəsmi veb səhifəsində tanış olunması üçün dərc olunur.
4.8. Sifarişçi anlayır və qəbul edir ki, daşınma üçün daşıyıcının müvafiq ölkədə yerləşdiyi anbarına daxil olan yükün Azərbaycan Respublikasına göndərilməsi məqsədilə emalı (yenidən qablaşdırılması, paletə yığılması, hava limanına göndərilməsi), adi qaydada Azərbaycan Respublikasında qəbul edilmiş daşınma müqaviləsi/şərtləri/prosedurlarından fərqlidir. Bu məqsədlə sifarişçinin nəzərinə yükün daşınması üçün göndərilməsinə dair qısa məlumat verilir: Yüklər həftə ərzində daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olur və orada daşıma üçün emal olunur (yenidən qablaşdırma, paletlərə yığılma, hava limanına göndərilmə) və müəyyən olunmuş günlər daşımaya göndərilir. Daşıyıcının anbarının digər ölkədə yerləşməsini nəzərə alaraq, saat fərqini nəzərə alaraq, elektron əlaqə vasitələrində yarana bilən gecikmələri və dayanmaları, daşıma prosesinə cəlb olunmuş üçüncü şəxslər və şirkətlərin işinə Azərbaycan Respublikası ərazisindən daşıyıcı tərəfindən
tam nəzarətin edilə bilməməsini nəzərə alaraq, sifarişçinin gec məlumat verməsini və digər obyektiv halları nəzərə alaraq, sifarişçi tərəfindən yükün daşımasından imtina etməsi tələbi (Velocity -nin xidmətlərindən imtina etməsi) bəzi hallarda icrası mümkün olmaya bilər. Məsələn, sifarişçi yükün daşımasından imtina tələbini verdiyi zaman onun yükü artıq paletə yığılıb və daşıma üçün hava limanına göndərilib. Bu halda sifarişçi başa düşməlidir ki, onun yükünün daşımasından imtinası səbəbindən, bütün göndərişi dayandıraraq paletləri yenidən söküb onun yükünü ayırmaq və geri qaytarmaq həm xərclər, həm də prosedur baxımından mümkünsüzdür. Lakin buna baxmayaraq, daşıyıcı sifarişçinin imtina tələbinə əsasən, onun yükünün daşınmasının dayandırılması məqsədilə bütün mümkün, zəruri və ağılabatan tədbirləri görəcək.
4.9. Sifarişçi hazırkı şərtləri qəbul edən zaman tam olaraq anlayır və qəbul edir ki, yükün daşımasından onun imtina tələbi daşıyıcı tərəfindən obyektiv səbəblərdən icra edilmədiyi halda, sifarişçinin daşıyıcıya heç bir iddiası və yaxud tələbi qəbul edilmir və əsassızdır.
4.10. Sifarişçi tərəfindən xidmətin ödənişi Azərbaycan Respublikasının qanununa uyğun olaraq şirkətin bank hesabının olan məzənnəsi ilə Daşıyıcı tərəfindən xidmətin göstərildiyi valyutaya əsasən (Avropa ölkələrindən daşınma-AVRO, digər ölkələr-ABŞ dolları) Azərbaycan Respublikası manatı (AZN) ilə aparılır.
5.Yükün bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi
5.1. Sifarişçi gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə daşıyıcı məsuliyyət daşımır.
6. Yükün saxlanması və təhvil verilməsi ilə bağlı şərtlər
6.1. Daşıyıcının Bakı və ya regionda (olduğu təqdirdə) yerləşən anbarına daxil olan yüklər 15(on beş ) gün ərzində sifarişçi tərəfindən təhvil alındığı təqdirdə həmin yüklərə anbar saxlama haqqı tətbiq etmir.
6.2. Hazırkı şərtlərin 6.1-ci maddəsində nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə həmin yük təhvil alınan zaman (çəki və yer sayından asılı olmayaraq) hər əlavə gün üçün daşınma haqqının 2%i miqdarında saxlanc haqqı hesablanılır.
6.2.1 Sifarişçinin adına Türkiyə anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 7 (yeddi) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə, anbarda saxlanıldığı hər əlavə 1 (bir) gün üçün hər 1 (bir) bağlamaya görə 0.30 usd miqdarında saxlanc haqqı hesablanır.
6.2.2 Sifarişçinin adına Amerika anbarına daxil olmuş bağlamanın anbarda ödənişsiz saxlanılmasının son həddi 15 (on beş gün) gün müəyyən edilir. Nəzərdə tutulmuş müddət sifarişçi tərəfindən ötürüldüyü təqdirdə, anbarda saxlanıldığı hər əlavə 1 (bir) gün üçün hər 1 (bir) bağlamaya görə 1 usd miqdarında saxlanc haqqı hesablanır.
6.3. Sifarişçinin onun adına daxil olan yükün təhvil alınmasına dair şifahi və yaxud yazılı (e-mail vasitəsilə) daşıyıcı tərəfindən xəbərdarlıqların verilməsinin son həddi (yükün anbara daxil olduğu gündən) 3 (üç) ay müəyyən edilir.
6.4. İmtina hüququ müşteri yükün xarici anbara daxil olduqda smart customsda bəyan etmədən öncə imtina etmək hüququna malikdir.Bu zaman bağlama müştərinin hesabından silinir ləğv edilə bilinir.Yük sistemə daxil edilib göndərildikdən sonra müştəri bağlamadan imtina edə bilməz və bağlamanın daşınma haqqı daşıyıcı şirkətə tam dəyərində məbləği ödənilməlidir.
6.5. Hazırkı şərtlərin 6.3-cü maddəsində nəzərdə tutulmuş müddət ötdükdə və sifarişçi tərəfindən onun adına daxil olan yük qəbul edilmədikdə və ya həmin yükün aqibəti barədə heç bir rəsmi (şəxsi kabinet e-mail vasitəsilə) göstəriş verilmədiyi və yaxud sifarişçi tərəfindən yükdən rəsmən imtina edildiyi halda (şəxsi kabinet e-mail vasitəsilə), həmin yükün məhv edilməsi və yaxud satışa çıxarılması barədə qərar daşıyıcının mülahizəsi əsasında həll edilir.
6.6. Sifarişçinin adına daxil olan yükün təhvili onun eyniləşdirilməsini mümkün edən sənəd əsasında həyata keçirilir. Sifarişçi şəxsən onun adına daxil olan yükü təhvil ala bilmədiyi təqdirdə, həmin yükün təhvil alınmasına dair sifarişçinin verdiyi etibarnamədə adı göstərilən şəxsə təhvil verilə bilər.
6.7. Sifarişçi bağlamanı ofisdə və yaxud kuryer xidməti ilə təhvil alarkən bağlamanın tam və zədəsiz halda olduğunu yoxlamalı və yalnız buna əmin olduqdan sonra bağlamanı təhvil almalıdır. Əks təqdirdə bağlamanın məhz daşınma zamanı zədələndiyi haqqında iddia qəbul edilmir.
6.8. Sifarişçi anlayır və qəbul edir ki, daşıyıcı beynəlxalq daşınma qaydalarına əsasən onun müvafiq ölkədə yerləşən anbarına sifarişçinin daxil olan yükünün qablaşdırmasını, daşınma məqsədilə, yükü zədələməmək şərtilə, yenidən qablaşdırmaq hüququna malikdir - məsələn, iri qabaritli qablamada olan kiçik ölçülü yükü ona uyğun olan kiçik qablamaya yerləşdirir.
7. Yükə baxışın keçirilməsi hüququ
7.1. Sifarişçi anlayır və qəbul edir ki, daşıyıcının və yaxud hər hansı səlahiyyətli dövlət qurumunun (gömrük və s.) istənilən anda yükü açmaq və ona baxışın keçirilməsi hüququ vardır.
8. Yükün qorunmasına görə məsuliyyət
8.1. Daşıyıcının, sifarişçi tərəfindən internet üzərindən alınan və daşıyıcıya daşınma üçün verilən yükün qorunmasına dair məsuliyyəti həmin yükün daşıyıcının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün sifarişçiyə təhvil verilən anınadək davam edir.
8.2. Daşıyıcı onun müvafiq ölkədə olan anbarına (həmin ölkənin kuryer və ya poçt vasitəsilə)zədələnmiş və yaxud sifarişçinin internet üzərindən sifariş etdiyi yükdən fərqli yük daxil olan hallara görə heç bir məsuliyyət daşımır.
9. Yükün sığortalanması, zədələnməsi və iddianın verilməsi
9.1. Daşınma üçün qəbul edilən yüklər sığortalanmır.
9.2. Sifarişçinin daşınma üçün daşıyıcıya təqdim etdiyi yük daşıyıcının məsuliyyəti çərcivəsində olduğu zaman sonuncunun qəsdən yol verdiyi hərəkətlər nəticəsində zədələnərsə və yaxud korlanarsa, daşıyıcı zədə və yaxud korlanma faktına əsasən yükün tam invoys dəyərini və yaxud faktiki dəymiş ziyanı ödəyə bilər. Bağlama daşıyıcının müvafiq ölkədə yerləşən anbarlardan hansı birinə qəbul edilib, lakin, nəzərdə tutulmuş reyslə gəlmədiyi təqdirdə (bağlama itib yaxud onun barədə heç bir məlumat yoxdur), həmin bağlamanın daşıyıcı tərəfindən axtarışına 30 (otuz) iş günü vaxt ayrılır. Bağlamanın bu müddət ərzində tapılmadığı təqdirdə sifarişçiyə kompensasiya ödənilir. Kompensasiya o şərtlə ödənilir ki, sifarişçi yükün ona məxsus olduğunu və onun müvafiq qiymətə internet üzərindən aldığını sübut edən bütün məlumatları təqdim etsin.
Bura aiddir:
• İnternet mağazanın təqdim etdiyi order, invoys (burada yükün/əşyanın şəkli, miqdarı, qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır);
• Bank hesabından çıxarış (ödənişin təsdiqini sübut edən bildiriş) Daşıyıcı bağlamanınonun müvafiq ölkədə yerləşən anbarına qəbul edilmədiyini, sifarişçi isə kuryer şirkətlərinin saytına əsasən bu track nömrəli bağlamanın məhz bu ünvana çatdırıldığını israr edirsə, bu halda sifarişçi kuryer şirkətinin sözügedən bağlamanın daşıyıcıya təhvil verdiyini sübut edən sənəd təqdim etməlidir. Yalnız təqdim olunan bu sənəd əsasında yükün həqiqətən daşıyıcıya təhvil verildiyi sübut olunduqdan sonra (qəbul edən şəxsin imzası əsasında), sifarişçiyə kompensasiya verilir. Bunun üçün sifarişçi qeyd olunan sənədləri təqdim etməlidir:
Mağazanın təqdim etdiyi order, invoys (burada əşyanın şəkli, miqdarı,qiyməti, bağlamanın track nömrəsi və s. məlumatlar öz əksini tapır);
Bankhesabından çıxarış (ödənişin təsdiqini sübutedənbildiriş);
Bağlamanın daşıyıcının anbarına qəbul edildiyini sübut edən imzalı sənəd.
9.3. Müştəri yükü daşıyıcının anbarında təhvil alarkən onu həmin ərazini tərk etmədən yoxlamalı və hər hansı bir zədə və ya çatışmamazlıq olduğu təqdirdə dərhal yerindəcə bu haqda daşıyıcını məlumatlandırmalıdır. Ofisi/anbarı tərk edəndən sonra yükün tərkibində hər hansı bir əşyanın çatışmadığı və ya zədələndiyi iddiası qəbul edilmir.
10. Fors major
10.1. Tərəflər fors-major səbələrinə görə hazırkı şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddə “fors-major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
10.2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.
10.3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.
10.4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır.
10.5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.
11. Digər müddəalar
11.1. Hazırkı şərtlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında tənzimlənir.
11.2. Tərəflər arasında yaranan hər hansı anlaşılmazlıq və ya mübahisə qarşılıqlı anlaşma və razılıq əsasında həll olunur.
11.3. Tərəflər qarşılıqlı anlaşma və ya razılaşma əldə edə bilmədikləri halda Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər